Əsas Səhifə > Cəmiyyət > Çayxananın sahibi müştərilərlə birgə cəzalandırıldı

Çayxananın sahibi müştərilərlə birgə cəzalandırıldı


1-05-2020, 10:05
Çayxananın sahibi müştərilərlə birgə cəzalandırıldı

Zaqatalada Nizami küçəsində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

DİN-dən verilən məlumata görə, obyektə baxış zamanı orada olan kafenin sahibi Rəşid Ələkbərov və Zaqatala sakini olan 6 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Rubrika.Az
Geri qayıt