Əsas Səhifə > Müsahibə > Kamran Əliyev Prezidentə və Milli Məclisə TƏŞƏKKÜR EDİB
Kamran Əliyev Prezidentə və Milli Məclisə TƏŞƏKKÜR EDİB1-05-2020, 12:57 |
![]() “İlk olaraq bu vəzifəyə təyin olunmağımla bağlı təqdimat göndərdiyi üçün Prezieent İlham Əliyevə və Milli Məclisə bu təqdimatı dəstəklədiyi üçün təşəkkür edirəm”. Rubrika.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev deyib. O bildirib ki, Prezident İlham Əliyev və Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə sabitlik təmin edilib: “Xalqın maraqlarının qorunmasının dövlət siyasətində prioritet olması hazırda dünyada mövcud olan pandemiya şəraitində özünü daha çox göstərməkdədir. Bütün bunlarla yanaşı, hazırda ölkəmizdə iqtisadi və sosial inkişafı hədəfləyən islahatlar keçirilir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar da bu qəbildəndir". Rubrika.Az Geri qayıt |