Əsas Səhifə > Cəmiyyət > Əli Əsədovdan xüsusi karantin rejimi dövründə sanitariya vəziyyəti ilə bağlı QƏRAR
Əli Əsədovdan xüsusi karantin rejimi dövründə sanitariya vəziyyəti ilə bağlı QƏRAR1-05-2020, 21:20 |
|
Nazirlər Kabineti Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə qərar verib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar Azərbaycan ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə verilib. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilib: - qida məhsullarının ticarəti üzrə fəaliyyət; - ictimai-iaşə müəssisələrinin fəaliyyəti; - turizm və hotelçilik fəaliyyəti; - ictimai nəqliyyatın fəaliyyəti; - vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti; - müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq edəcək: - “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”; - “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”; - “Turizm və hotelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”; - “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”; - “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”; - “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”. Rubrika.Az Geri qayıt |