Əsas Səhifə > Dünya > Britaniya korona izləmə sisteminin sınağına başlayır

Britaniya korona izləmə sisteminin sınağına başlayır


4-05-2020, 11:43
Britaniya korona izləmə sisteminin sınağına başlayır

Böyük Britaniyada pandemiya xəstələrini və yoluxma hallarını təqib etmək üçün koronavirus izləmə sisteminin sınaqlarına başlanılır.

Rubrika.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin üzvü Maykl Qouv deyib.

O bildirib ki, yeni telefon tətbiqi ilə pandemiyaya yoluxma hallarını izləyə biləcəyik:

“Bu həftə izləmə sistemini pilot olaraq Vayt adasında sınaqdan keçirəcəyik. Sonra önümüzdəki aylarda sistemi ölkə daxilində yaymağı planlaşdırırıq. Bu sistemlə yeni tip koronavirusa yoluxanlarla təmas edən insanları daha asan izləmək olacaq”.

Rubrika.Az
Geri qayıt