Əsas Səhifə > Dünya > Suriyada polis postuna hücum olub, ölənlər var

Suriyada polis postuna hücum olub, ölənlər var


4-05-2020, 19:28
Suriyada polis postuna hücum olub, ölənlər var


Suriyanın cənub-qərbində, İordaniya sərhədinin yaxınlığındakı Müzayrib ərazisində polis postuna silahlı hücum olub, 9 polis öldürülüb.

Rubrika.Az bu barədə Report-a istinadən xəbər verir.

Belə ki, Dəraa şəhərinin kənar məhəlləsində iki nəfər hökumət əleyhdarının meyiti tapılıb. Sonra onların mənsub olduğu sübeyhi qəbiləsindən bir qrup polis postuna hücum edərək 9 nəfər polisi aparıblar. Bir müddət sonra həmin polislərin meyiti eyni ərazidə tapılıb.


Rubrika.Az
Geri qayıt