Əsas Səhifə > Səhiyyə > Ermənistanda koronavirusdan ölənlərin sayı 40-a çatdı
Ermənistanda koronavirusdan ölənlərin sayı 40-a çatdı5-05-2020, 11:40 |
![]() Ermənistanda daha 112 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 619-a yüksəlib. Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 40 nəfər ölüb. Bundan başqa, indiyədək 1 111 nəfər koronavirusdan sağalıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 646 000-i ötüb. Bunların 1 200 640 nəfəri sağalıb, 252 442 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |