Əsas Səhifə > İdman > “Barselona“ onun üçün 80 milyon avro və 3 müdafiəçi təklif etdi

“Barselona“ onun üçün 80 milyon avro və 3 müdafiəçi təklif etdi


5-05-2020, 13:16
“Barselona“ onun üçün 80 milyon avro və 3 müdafiəçi təklif etdi

"Barselona" Lautaro Martinesin transferi üçün "İnter"ə təklif göndərib.

Kataloniya klubu 22 yaşlı hücumçu üçün 80 milyon avro və üç müdafiəçi - Nelson Semedu, Xunior Firpo və Jan-Kler Todibonu təklif edib. Ancaq bu şərtlərdə olan təklifi "İnter" qəbul etməyib. İtaliya təmsilçisinin argentinalı oyunçu üçün 111 milyon avro istədiyi vurğulanıb.

Xəbərdə Martinesin böyük ehtimalla "İnter"də qalacağı iddia olunuv. Bildirilib ki, baş məşqçisi Antonio Konte onu daha bir komandada saxlayaraq qiymətini qaldırmaq istəyir.

Qeyd edək ki, Martines bu mövsüm 31 matçda 16 qol vurub, 4 qolun ötürməsini verib. (Qol.az)

RUBRİKA.AZ
Geri qayıt