Əsas Səhifə > Cəmiyyət > Pandemiyadan sonra tələbatın ən çox olacağı peşələrin adı açıqlandı
Pandemiyadan sonra tələbatın ən çox olacağı peşələrin adı açıqlandı5-05-2020, 16:11 |
|
Koronavirus pandemiyasının bitməsindən sonra qısa müddətə anti-böhran və maliyyə konsultantları ən tələb olunan peşələrdən olacaq. RT-nin məlumatına görə, bu barədə Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri proqnoz verib. Bundan əlavə, rəqəmsallaşma ilə əlaqədar şirkətlərin bir çoxunda proqramçılar, SMM və kontent-menecerlərə ehtiyac artacaq. Lazım olan peşələr arasında müştərilər və şirkətlər arasında bağlayıcı rolu oynayan kuryer, çağrı mərkəzlərinin operatorları, həmçinin internet mağaza əməkdaşları da var. Bundan başqa, taym-menecment və interyer dizaynerliyi ilə məşğul olanlara da tələb artacaq. Ən çox ehtiyac isə santexniklər və mebel yığanlara duyulacaq. Həmçinin, həkimlər və dayələrə də tələbat çoxalacaq. Rubrika.Az Geri qayıt |