Əsas Səhifə > Aktual > TƏBİB: Karantin rejimi yenidən sərtləşdirilə bilər

TƏBİB: Karantin rejimi yenidən sərtləşdirilə bilər


5-05-2020, 17:56
TƏBİB: Karantin rejimi yenidən sərtləşdirilə bilər


“Əgər situasiya belə davam edərsə, karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Y.Qarayeva Azərbaycan xalqına müraciət edib: “Biz karantin rejiminin yumşaldılmasını istəyirik, sərtləşdirilməsini deyil. Ona görə də xalqımız qaydalara riayət etməlidir. Görünən odur ki, karantin qaydalarına əməl olunmur. Hər kəs maskadan istifadə etməlidir”.


Rubrika.Az
Geri qayıt