Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb, 3 520 nəfəri ölüb
Türkiyədə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb, 3 520 nəfəri ölüb5-05-2020, 21:41 |
|
"Türkiyədə son sutkada daha 59 nəfər pandemiyanın qurbanı olub”. Rubrika.Az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 520 nəfərə çatıb. Nazir həmçinin daha 1 832 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 129 491-ə yüksəldiyini bildirib. F.Koca Türkiyədə indiyədək 73 285 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb. Rubrika.Az Geri qayıt |