Əsas Səhifə > Cəmiyyət > 10 yaşlı qız intihar etdi - Bakıda dəhşət
10 yaşlı qız intihar etdi - Bakıda dəhşət6-05-2020, 12:35 |
|
Bakının Sabunçu rayonunda 10 yaşlı qız intihar edib. Rubrika.Az bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, faciə mayın 5-i saat 15:30 radələrində baş verib. Zabrat qəsəbəsində yaşayan Dilbər Kazımova (2010-cu il təvəllüdlü) örpək vasitəsi il mənzilindəki şkafın qapısından özünü asıb. İntihar zamanı azyaşlının anası evdə olub. Lakin D.Kazımovanın intiharı həyata keçirdiyi otağın qapısını kilidləməsi hadisənin qarşısını almağa mane olub. Hüquq-mühafizə orqanlarından verilən məlumatda bildirilir ki, Kazımovlar ailəsində üç uşaq olub: iki qız, bir oğlan. Qohumlarının bildirdiyinə görə, Dilbərin psixoloji problemləri olub. Faktla bağlı cinayət işi açılıb. Rayon prokurorluğunda cinayət işi ilə bağlı istintaq aparılır. Rubrika.Az Geri qayıt |