Əsas Səhifə > Səhiyyə > TƏBİB bu şəxslərə çağırış etdi: “Yardım edin!”
TƏBİB bu şəxslərə çağırış etdi: “Yardım edin!”6-05-2020, 12:51 |
|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan sağalan vətəndaşlarımıza müraciət edib. Bildirilib ki, artıq ölkəmizdə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb: “COVID-19 xəstəliyindən sağalan vətəndaşlarımızı qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırırıq! “COVID-19 İmmun Plazma” bağışlamaqla dəyişiklik yarada bilərsiniz!” Ünvan: Mərkəzi Qan Bankı Mirəli Qaşqay küçəsi 87 Əlaqə nömrələri: 907 +99412 440 65 86 +99412 440 78 50 +99412 441 66 52 Rubrika.Az Geri qayıt |