Əsas Səhifə > Şou Biznes, Hadisə > Rəqsanənin yanında işləyən qadın koronavirusdan öldü - Foto

Rəqsanənin yanında işləyən qadın koronavirusdan öldü - Foto


6-05-2020, 17:54
Rəqsanənin yanında işləyən qadın koronavirusdan öldü - Foto


Müğənni Rəqsanə İsmayılovanın işçilərindən biri koronavirusdan dünyasını dəyişib.

Rubrika.Az xəbər verir ki, bu haqda prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə məlumat verib. Prodüserin sözlərinə görə, qadın 3 gün idi ki, xəstəxanalardan birində pandemiyadan müalicə alırdı: “Bu dəqiqə Rəqsanə ilə danışdım, ağlayırdı, həmyerlimiz, azərbaycanlı xanım yanında işləyirdi. 3 gündür xəstəxanada koronavirusdan əziyyət çəkirdi. Allah xalqımızı qorusun”.

R.İsmayılova özü də sosial şəbəkə hesabında bu barədə paylaşım edib. Məlum olub ki, vəfat edən 47 yaşlı qadın Rəqsanənin Moskvadakı işçisidir. O, ifaçının restoranında çalışırmış.//Yenisabah.az


Rəqsanənin yanında işləyən qadın koronavirusdan öldü - Foto


Rubrika.Az
Geri qayıt