Əsas Səhifə > İdman > Futbolçu koronavirusa yoluxan 5 yaşlı oğlunu boğub öldürdü

Futbolçu koronavirusa yoluxan 5 yaşlı oğlunu boğub öldürdü


6-05-2020, 18:02
Futbolçu koronavirusa yoluxan 5 yaşlı oğlunu boğub öldürdü


“Super Liqa”nın keçmiş oyunçusu Cevher Toktaş 5 yaşlı oğlunu xəstəxanada boğaraq, öldürüb.

Türkiyə mətbuatının məlumatına görə ölkənin Bursa şəhərində koronavirus şübhəsi ilə 23 apreldə xəstəxanaya çatdırılan 5 yaşlı Kasım Toktaş cinayətə qurban gedib. Uşağın atası, keçmiş futbolçu Cevher Toktaş 11 gün sonra oğlunu boğaraq öldürdüyünü etiraf edib.

Toktaş öz ifadəsində bildirib: “15 dəqiqə yastıqla oğlumu boğdum. Oğlum çırpınırdı. Ancaq o ölənə qədər yastığı oğlumun başına basmaqda davam etdim”.

Məlumatda bildirilir ki, 23 aprel tarixində Cevher Toktaş yüksək qızdırma və öskürək simptomları ilə oğlunu xəstəxanaya gətirib. Müayinədən sonra uşaqda koronavirus şübhəsi olduğu bildirilib.

Oğlunun yanında qalan Cevher həmin gün palatadan çıxaraq, həkimlərə oğlunun vəziyyətinin pisləşdiyini deyib. Uşaq dərhal reanimasiya şöbəsinə aparılıb. Lakin saat yarımlıq mücadiləyə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Ölüm protokolunda uşağın “nəfəs çatışmamazlığı” ilə dünyasını dəyişdiyi qeyd olunub və bir gün sonra dəfn olunub.

Lakin sonra uşağın öldürüldüyü ortaya çıxıb. Mayın 4-də polis bölməsinə çağırılan ata oğlunu öldürdüyün etiraf edib. Cevher xəstəxanada əsəb gərginliyi keçirdiyini və oğluu sevmədiyi üçün onu öldürdüyünü deyib.


Rubrika.Az
Geri qayıt