Əsas Səhifə > Dünya > Serbiyada koronavirusdan ölənlərin sayı 200-ü keçdi
Serbiyada koronavirusdan ölənlərin sayı 200-ü keçdi6-05-2020, 18:31 |
|
Serbiyada koronavirusdan ölənlərin sayı 203-ə çatıb. Rubrika.Az Report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, son sutkada 114 yoluxma, 3 ölüm hadisəsi qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 9 791 nəfərdir. 4 479 nəfər xəstəxanaya yerləşdirilib. Serbiyada koronavirusa yoluxmuş 1 343 pasiyent sağalıb. Mayın 18-dən etibarən aviareyslər açılacaq. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 259 mindən çoxu isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |