Əsas Səhifə > İstisadiyyat > Elman Rüstəmov: "İyunun 1-dən əmanətlərin qaytarılmasına başlanılacaq"
Elman Rüstəmov: "İyunun 1-dən əmanətlərin qaytarılmasına başlanılacaq"6-05-2020, 22:15 |
|
"Amrah Bank", "Atabank", "AGBank" və "NBC Bank"da əhalinin təxminən 680 milyon manat əmanəti var". Rubrika.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib. "Əmanətlərin qaytarılması üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu lazımi prosedurlara başlayıb, onların müəyyən qədər vəsaiti var. Baxmayaraq ki, əmanətçilərə ödənişə başlamaq üçün 3 ay vaxt nəzərdə tutulub, amma yəgin ki, iyunun 1-dən pulların qaytarılmasına başlanılacaq. Həmin vəsaitlər kifayət qədər sabit banklara köçürüləcək. Bununla biz həm də həmin vəsaitləri iqtisadiyyata qaytarıb kreditləşmə üçün potensial yaradacağıq və insanlar həmin potensialdan istifadə edəcəklər", - deyə o, qeyd edib. Rubrika.Az Geri qayıt |