Əsas Səhifə > Bölgə > Şamaxıda sürücü idarəetməni itirərək qəza törətdi

Şamaxıda sürücü idarəetməni itirərək qəza törətdi


6-05-2020, 22:22
Şamaxıda sürücü idarəetməni itirərək qəza törətdi


Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az-ın məlumatına görə, hadisə Quşçu kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Mirzəyev Rasim Ağamusa oğlu nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq divara çırpılıb. Hadisə zamanı xəsarət almış sürücü təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, kəllə-beyin travması diaqnozu qoyulub.


Rubrika.Az
Geri qayıt