Əsas Səhifə > Hadisə > Qubada maşın ağaca çırpılıb, xəsarət alanlar var
Qubada maşın ağaca çırpılıb, xəsarət alanlar var7-05-2020, 18:28 |
|
Bu gün günorta saatlarında Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Rubrika.Az-ınverdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “QAZel” markalı maşın yoldan çıxaraq ağaca və elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində 2 nəfər - 1999-cu il təvəllüdlü İskəndərov Çingiz Nurəhməd oğlu və 1998-ci il təvəllüdlü Nağıyev Kamal Şahbaba oğlu – xəsarət alıb. Hər iki şəxs Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Rubrika.Az Geri qayıt |