Əsas Səhifə > Dünya > Tramp İrana qarşı güc tətbiqini yasaqlayan qətnaməyə veto qoydu
Tramp İrana qarşı güc tətbiqini yasaqlayan qətnaməyə veto qoydu7-05-2020, 18:57 |
|
ABŞ Prezidenti Donald Tramp Konqresin millət vəkillərinin icazəsi olmadan özünün İrana qarşı silahlı qüvvələrdən istifadə etmə səlahiyyətini məhdudlaşdıran S.J.Res.68 qərarına veto qoyub. Rubrika.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada bildirilib. Prezident qeyd edib ki, bu, məqsədi 3 Noyabr seçkilərində qalib gəlmək və Respublika Partiyasını parçalamaq olan Demokratlar tərəfindən strategiyalarının bir hissəsi olaraq təqdim edilən son dərəcə təhqiramiz bir qərar idi. Ağ Ev rəhbərinin sözlərinə görə, sənəd "fakt və qanun müddəalarının səhv anlaşılmasına əsaslanıb". Tramp qətnamədə yazılanlara baxmayaraq, ABŞ-ın İrana qarşı güc tətbiq etmədiyini söyləyib. Eyni zamanda, Prezident əlavə edib ki, İraq generalı Qasım Süleymaninin öldürülməsiylə bitən əməliyyat Konqresinin İraqda güc tətbiq edilməsinə icazə verən 2002-ci il tarixli qətnaməsinə uyğun olaraq həyata keçirilib. Rubrika.Az Geri qayıt |