Əsas Səhifə > Səhiyyə > Bu dərman koronavirusun müalicəsində istifadə olunacaq
Bu dərman koronavirusun müalicəsində istifadə olunacaq7-05-2020, 19:30 |
|
Pandemiyanın can almağa davam etdiyi bir zamanda tez-tez müzakirə mövzusuna çevrilən "remdesivir" adlı dərman Yaponiyada ilk rəsmi koronavirus dərmanı kimi təqdim olunub. Rubrika.Az xəbər verir ki, dərmanı "Gilhead Sciences" adlı şirkət hazırlayıb. Yaponiya isə bunu virusun müalicəsində istifadə etmək qərarına gəlib. Bildirək ki, dərmanın istifadəsi üçün Səhiyyə Nazirliyinə üç gün əvvəl müraciət edilib. Qeyd edək ki, bu dərmanın istifadəsi ilə bağlı ötən həftə ABŞ-ın Qida və Dərman İdarəsindən də razılıq alınıb. Rəsmilər dərmanın koronavirus səbəbilə yaranan fövqəladə vəziyyətdə istifadə edilə biləcəyini diqqətə çatdırıblar. Rubrika.Az Geri qayıt |