Əsas Səhifə > Siyasət > Milli Məclisin iclasında Şuşanın işğal günü yad edilib

Milli Məclisin iclasında Şuşanın işğal günü yad edilib


8-05-2020, 11:35
Milli Məclisin iclasında Şuşanın işğal günü yad edilib

“Bugünkü iclas həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir”.

Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O xatırladıb ki, bu gün Şuşa şəhərinin işğal günüdür: “Biz əminik ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.

İclasda Şuşa şəhərində şəhid olan şəxslərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra əslən Şuşadan olan gənc Əsra Məmmədli çıxış edib.

Rubrika.Az
Geri qayıt