Əsas Səhifə > Səhiyyə > Avropada koronavirusun yeni mərkəzi – ölənlərin sayı 30 min 615 nəfər çatdı

Avropada koronavirusun yeni mərkəzi – ölənlərin sayı 30 min 615 nəfər çatdı


8-05-2020, 12:57
Avropada koronavirusun yeni mərkəzi – ölənlərin sayı 30 min 615 nəfər çatdı

İngiltərədə koronavirus bəlası daha da ağırlaşmağa başlayıb. Ölkədə virusdan ölənlərin sayı 30 min 615 nəfərə çatıb. Daxili işlər naziri Dominik Rab ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, son 24 saatda xəstəxanalarda, qocalar evində və öz evlərində koronavirusdan ölənlərin sayı 539 nəfər artaraq, 30 min 615 nəfərə çatıb. Koronavirusa yoluxanların sayı isə 206 min 715 nəfər olub.

Nazir bildirib ki, ölkədə karantinin nisbətən yumşaldılması ölü və yoluxma sayının daha da artmasına səbəb olub.

“Virus hələ ki yenilməyib. Öz yoluxuculuğunu və öldürücülüyünü qoruyur” deyə Rab bildirib.

Qeyd edək ki, İngiltərə koronavirusdan ölənlərin sayına görə ABŞ-dan sonra ikinci, Avropada isə birinci sırada yer alır.

Rubrika.Az
Geri qayıt