Əsas Səhifə > Hadisə > Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, xəsarət alanlar var

Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, xəsarət alanlar var


8-05-2020, 17:09
Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, xəsarət alanlar var


Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az-ın Apa-ya istinadən məlumatına görə, qəza şəhərin əsas giriş hissəsində, Sülh prospektində qeydə alınıb. Belə ki, SOCAR-a məxsus "Hyundai" markalı mikroavtobus "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü və onun sərnişini ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt