Əsas Səhifə > İstisadiyyat > Koronavirusa yoluxmaq üçün parti təşkil olundu - 25 nəfərin testi müsbət çıxdı

Koronavirusa yoluxmaq üçün parti təşkil olundu - 25 nəfərin testi müsbət çıxdı


8-05-2020, 18:06
Koronavirusa yoluxmaq üçün parti təşkil olundu - 25 nəfərin testi müsbət çıxdı


ABŞ-ın Vaşinqton ştatında koronavirusa yoluxmaq istəyənlər üçün xüsusi “party”lər təşkil olunur.

“The New York Post” məlumatına görə, bu cür görüşlərdə ən azı 25 nəfərin yoluxduğu müəyyənləşdirilb.

Belə tədbirlər Uolla-Uolla dairəsində baş tutub. Oradakı sağlam insanlar yoluxmuş xəstələrlə ünsiyyət qurublar.

Ştatın Səhiyyə naziri Con Vaysman bildirib ki, tibb işçiləri və alimlər sağlamlığa hətta simptomsuz yoluxmanın təhlükəsizliyi barədə danışmağın belə kifayət qədər erkən olduğunu qeyd edirlər.

“Belə davranış yolverilməzdir və yoluxmanın sayını artıra bilər. Bu isə ştatda məhdudiyyətlərin ləğv edilməsini təxirə salmaqla nəticələnəcək”, - deyə, o bildirib.

Son məlumatlara görə, ABŞ-da 1 292 850 nəfər koronavirusa yoluxub. Onlardan 76 938 nəfəri ölüb, 217 251 nəfəri isə sağalıb.


Rubrika.Az
Geri qayıt