Əsas Səhifə > Hadisə > Arvadını bıçaqlayan şəxs həbsdən çıxıb oğlunu güllələdi - FOTO
Arvadını bıçaqlayan şəxs həbsdən çıxıb oğlunu güllələdi - FOTO8-05-2020, 18:32 |
|
Türkiyənin Denizli şəhərində ata oğlunu öldürüb. Rubrika.Az Sondakika.com-a istinadən xəbər verir ki, boşanma ərəfəsində olduğu arvadı Selma Y.-nı bıçaqladıqdan sonra həbs edilən Ünal Y. azadlığa çıxdıqdan sonra oğlu Şahin Y.-nın iş yerinə gəlib və söhbət etmək bəhanəsi ilə onu çölə çağırıb. Onların söhbəti mübahisəyə çevrilib və nəticədə Ünal.Y. oğlunu başından silahla vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə əməkdaşları və tibb işçiləri cəlb edilib. Polis həmin şəxsin axtarışına başlayıb. Hadisə ilə bağlı araşdırma davam edir. Rubrika.Az Geri qayıt |