Əsas Səhifə > Bölgə, Hadisə > Şamaxıda içərisində 11-ci sinif şagirdləri olan "NİVA" aşıb, ölən və xəsarət alanlar var
Şamaxıda içərisində 11-ci sinif şagirdləri olan "NİVA" aşıb, ölən və xəsarət alanlar var8-05-2020, 19:20 |
|
Şamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az-ın xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şamaxı sakini, 2003-cü il təvəllüdlü Zeynalov Fəqan Anar oğlu babası Mürvət Zeynalova məxsus "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sərnişin, 2003-cü il təvəllüdlü Muxtarov Bəxtiyar Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin, Bakı sakini, 2004-cü il təvəllüdlü Salahov Cəmil Azər oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |