Əsas Səhifə > Dünya > İki nəfərin ölümündə şübhəli bilinən siyasətçi həbs olundu
İki nəfərin ölümündə şübhəli bilinən siyasətçi həbs olundu8-05-2020, 19:27 |
![]() Rusiyada iki şəxsin qətlində şübhəli bilinən tanınmış biznesmen və siyasətçi Anatoli Bıkov həbs olunub. Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, Krasnoyarskın Sverdlovsk Rayon Məhkəməsi tərəfindən iş adamları Aleksandr Naumov və Kirill Voytenkonun qətlində şübhəli bilinən iş adamı Anatoli Bıkov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Aleksandr Bıkov 1998-2000-ci illərdə Krasnoyarsk alüminium zavodunun idarə heyətinin sədri, 1997-ci ildən 2016-cı ilədək isə Krasnoyarsk diyarı Qanunverici Məclisinin deputatı olub. Rubrika.Az Geri qayıt |