Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusdan ölənlərin sayı üç dəfə azaldı - STATİSTİKA
Türkiyədə koronavirusdan ölənlərin sayı üç dəfə azaldı - STATİSTİKA8-05-2020, 21:32 |
|
"Türkiyədə son sutkada daha 48 nəfər pandemiyanın qurbanı olub”. Rubrika.Az-ın Report-a istinadən məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 689 nəfərə çatıb. Nazir həmçinin daha 1 848 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 135 569-a yüksəldiyini bildirib. F.Koca Türkiyədə indiyədək 86 396 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb. Rubrika.Az Geri qayıt |