Əsas Səhifə > Cəmiyyət > Bölgələr üzrə koronavirusa yoluxma faizləri açıqlandı

Bölgələr üzrə koronavirusa yoluxma faizləri açıqlandı


9-05-2020, 17:35
Bölgələr üzrə koronavirusa yoluxma faizləri açıqlandı


Azərbaycanda “COVİD-19” virusuna yoluxma halı ən çox paytaxt ərazisində müşahidə olunub: 47,5%.

Rubrika.Az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında verib.

Onun sözlərimə görə, Gəncə-Qazaxda 13,6%, Aran bölgəsində 10,2%, Lənkəranda 9,4%, ölkə xaricində 9,1%, Abşeronda 5,5%, Quba-Xaçmazda 1,8%, Şəki-Zaqatalada 1%, Dağlıq Şirvanda 1%, Yuxarı Qarabağda 0,8%, Naxçıvanda isə 0,2% yoluxma faktı müəyyən olunub.


Rubrika.Az
Geri qayıt