Əsas Səhifə > İdman > “Beşiktaş“ın futbolçusunda koronavirus tapıldı

“Beşiktaş“ın futbolçusunda koronavirus tapıldı


9-05-2020, 17:49
“Beşiktaş“ın futbolçusunda koronavirus tapıldı


Türkiyənin "Beşiktaş" klubu futbolçuları və əməkdaşlarından götürülən koronavirus testinin nəticələrini açıqlayıb.

Rubrika.Az xəbər verir ki, koronavirus analizlərindən ikisi müsbət çıxıb.

Virusa yoluxanlardan biri oyunçu, digəri isə işçidir. Onların adları açıqlanmayıb. Hər iki şəxsin müalicəsinə başlanılıb.

Qeyd edək ki, daha əvvəl Türkiyədə "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz, vitse-prezidenti Abdürrahim Albayrak, baş məşqçisi Fatih Terimdə, "Ankaragücü"nün futbolçusunda, eyni zamanda "Fənərbağça"nın əməkdaşlarından birində koronavirus aşkarlanıb.


Rubrika.Az
Geri qayıt