Əsas Səhifə > Dünya > İndoneziyada son sutkada ən çox yoluxma baş verib
İndoneziyada son sutkada ən çox yoluxma baş verib9-05-2020, 18:08 |
![]() İndoneziyada son sutkada 533 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Rubrika.Az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Bildirilib ki, son sutkalarla müqayisədə ən çox yoluxma faktı qeydə alınıb. Son 3 gündə onların sayı 400-ü aşmayıb. Məlumata görə, ölkə üzrə koronavirusa yoluxma hallarının sayı 13 645-ə, ölənlərin sayı isə 959-a çatıb. Pandemiya başlayandan 2 607 pasiyent, yaxud yoluxanların 19,1%-i sağalıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4 milyonu ötüb. Bunların 1,4 milyon nəfərdən çoxu sağalıb, 276 mindən çoxu isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.//musavat.com Rubrika.Az Geri qayıt |