Əsas Səhifə > Dünya > Donald Trampın müşaviri işə getməyə qorxduğunu etiraf edib
Donald Trampın müşaviri işə getməyə qorxduğunu etiraf edib11-05-2020, 00:20 |
![]() ABŞ prezidentinin yanında İqtisadi məsləhətçilər şurasının sədri Kevin Hasset koronavirus pandemiyası səbəbindən öz iş yerinə, Ağ Evə getməyə qorxduğunu söyləyib. Rubrika.Az xəbər verir ki, o, bu barədə CBS kanalına danışıb. “İşə getmək əsl cəhənnəmdir. Mənə qalsa, Ağ Evin Qərb qanadında çalışmaqdansa, elə evdə otrumağa üstünlük verərdim. Lakin hazırkı dövrdə insanlar işləməli və öz xalqının rifahı naminə fəaliyyət göstərməlidirlər,”-deyə o bildirib. Kevin Hasset bununla bərabər həkimlərin sosial məsafənin qorunması, gigiyenik qaydalara əməl olunması kimi tövsiyyələrə qulaq asmağın vacib olduğunu vurğulayıb. Buna rəğmən o, administrasiyada iş rejiminin sıxlığından şikayətlənib. Onun fikrincə, prezidentin ofisinin və onun yaxın müşavirlərinin otaqlarının yerləşdiyi Qərb qanadında həddən artıq qələbəlik olur ki, bu da əlavə risklər doğurur. CNN kanalının məlumatına görə, vitse-prezident Maykl Pensin mətbuat katibi Keti Millerdə (Keti Miller həm də prezident Donald Trampın müşaviri Stiven Millerin xanımıdır-red.) koronavirus aşkar edilən kimi Ağ Evdə tədbirlər gücləndirilib. Prezident administrasiyasının işçilərinə hərəkət nöqtələri barədə yuxarı rəhbərliyə məlumat vermək, koronavirusu səciyyələndirən simptomların özlərində yarandığı halda dərhal məlumat vermək tapşırılıb. Rubrika.Az Geri qayıt |