Əsas Səhifə > Cəmiyyət > Güclü yağış Qubada fəsadlar törədib
Güclü yağış Qubada fəsadlar törədib11-05-2020, 15:49 |
![]() Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Çartəpə kəndində, yağan yağışlar nəticəsində Qusarçay çayında suyun səviyyəsi qalxmış və kəndin bəzi ərazilərinin (həyətyanı sahələr, yollar) yağış suları ilə dolması barədə məlumat daxil olub. Rubrika.Az FHN-in saytına istinadən bildirir ki, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Şimal Regional Mərkəzindən 3 nəfərdən ibarət canlı qüvvə, 2 motopompa və 1 texnika cəlb olunub. Rubrika.Az Geri qayıt |