Əsas Səhifə > Hadisə > Gəncədə karantin rejimini pozan iaşə obyektləri aşkarlandı
Gəncədə karantin rejimini pozan iaşə obyektləri aşkarlandı11-05-2020, 17:27 |
|
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Rubrika.Az-a verilən məlumata görə, BPİ-nin əməkdaşlarının xüsusi karantin rejimin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədi ilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən o cümlədən tibbi maskalardan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb. Bundan başqa, reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozması aşkar olunub. Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Rubrika.Az Geri qayıt |