Əsas Səhifə > Dünya > Merkeli Hitlerə bənzədən səfir istefa verdi

Merkeli Hitlerə bənzədən səfir istefa verdi


11-05-2020, 17:44
Merkeli Hitlerə bənzədən səfir istefa verdi


Maltanın Finlandiya səfiri Zammit Tabona sosial şəbəkədə etdiyi paylaşımda Almaniya Kansleri Angela Merkeli Adolf Hitlerə bənzədib: "75 il əvvəl Hitleri dayandırdıq. Merkeli kim dayandıracaq? Çünki o, Hitlerin Avropanı idarə etmə xəyallarını gerçəkləşdirdi".

Rubrika.Az xəbər verir ki, səfir bu hərəkətindən sonra istefa verib. Bu hadisədən dərhal sonra isə Maltanın Xarici işlər naziri Evarist Bartolo Alman səfirliyindən "duyarsız" paylaşıma görə üzr istəyib. Nazir bildirib ki, Tabonanın paylaşımı Malta və Almaniya münasibətlərini özündə əks etdirmir.

Qeyd edək ki, Zammit Tabona 2014-cü ildən bəri Finlandiya Səfiri olaraq çalışırdı.


Rubrika.Az
Geri qayıt