Əsas Səhifə > Dünya > Rusiyada mayın 12-dən qeyri-iş günləri başa çatır
Rusiyada mayın 12-dən qeyri-iş günləri başa çatır11-05-2020, 18:11 |
|
Rusiyada mayın 12-dən etibarən qeyri-iş günləri başa çatır. Rubrika.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün xalqa müraciətində bildirib. Onun sözlərinə görə, bütün ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan qeyri-iş günlərinin müddəti sabahdan, yəni, mayın 12-dən etibarən bitir: "Lakin epidemiya ilə mübarizə bitmir. Vəziyyətin nisbətən əlverişli olduğu ərazilərdə belə epidemiya təhlükəsi qalır". Qeyd edək ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar Rusiyada mart ayının 28-dən aprelin 2-dək elan olunmuş qeyri-iş günlərinin sayı mərhələli şəkildə mayın 12-dək uzadılıb. Rubrika.Az Geri qayıt |