Əsas Səhifə > Aktual > Siyavuş Novruzovun məhkumlarla bağlı çıxışına Ədliyyə Nazirliyindən münasibət
Siyavuş Novruzovun məhkumlarla bağlı çıxışına Ədliyyə Nazirliyindən münasibət11-05-2020, 18:49 |
![]() Milli Məclisin komitə sədri, millət vəkili Siyavuş Novruzov bir neçə gün öncə parlamentdəki çıxışında may ayında daha 300 nəfərə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılacağını bildirmişdi. Rubrika.Az xəbər verir ki, Musavat.com deputatın bu fikirləri ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib. Sorğuda Azərbaycanda koronavirusa yoluxma ilə bağlı yenidən artım olacağı, ikinci dalğa müşahidə ediləcəyi halda məhkumlar daha bir qisminin azadlığa buraxılıb-buraxılmayacağı soruşulub. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, vaxtından əvvəl şərti azad etmə institutu Penitensiar Xidmətin tabe qurumlarında mütəmadi olaraq tətbiq edilir: “İndiki şəraitdə bu iş intensivləşdirilib və gələcəkdə də davam etdiriləcəkdir”. Rubrika.Az Geri qayıt |