Əsas Səhifə > Cəmiyyət > Bakı metrosunda problem yarandı

Bakı metrosunda problem yarandı


12-05-2020, 12:06
Bakı metrosunda problem yarandı

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb və buna görə bir müddət sərnişinlər stansiyalara buraxılmayıb.

Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb:

“Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq, təkrarən yoxlanılıb, elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb”.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti 38 günlük fasiədən sonra mayın 9-da, saat 06:00-dan etibarən bərpa edib.

Rubrika.Az
Geri qayıt