Əsas Səhifə > Mədəniyyət > Ramiz Mehdiyev ilə bağlı AMEA-dan AÇIQLAMA

Ramiz Mehdiyev ilə bağlı AMEA-dan AÇIQLAMA


12-05-2020, 12:38
Ramiz Mehdiyev ilə bağlı AMEA-dan  AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin vəfat etdiyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə və bəzi media orqanlarında yayılan məlumata görə, AMEA prezidenti dünən gecə saatlarında dünyasını dəyişib.

Rubrika.Az bildirir ki, yenisabah.az məlumatı dəqiqləşdirmək üçün AMEA-nın mətbuat katibi Ağahüseyn Şükürovla əlaqə saxlayıb.

“Mən hörmətli akademik Ramiz Mehdiyevin mətbuat katibiyəm. Yəqin saytlar düz anlamayıblar. Mənim oğlum bir həftədir dünyasını dəyişib. Yəqin doğru anlamayıb, belə yazıblar”, - deyə Ağahüseyn Şükürov Ramiz Mehdiyevin ölüm xəbəri ilə bağlı bildirib.

Rubrika.Az
Geri qayıt