Əsas Səhifə > Cəmiyyət > Keçmiş arvadının boğazını kəsən şəxsin həbs müddəti uzadıldı
Keçmiş arvadının boğazını kəsən şəxsin həbs müddəti uzadıldı12-05-2020, 17:30 |
|
Abşeron rayonunda keçmiş həyat yoldaşının boğazını kəsən şəxsin həbs müddəti uzadılıb. Rubrika.Az xəbər verir ki, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Bayramov Nahid Əlövsət oğlu barədə həbs-qətimkan tədbiri hakim Şövkət Nəcəfova tərəfindən uzadılıb. Qeyd edək ki, qətl hadisəsi yanvar ayında baş verib. Belə ki, Xırdalan şəhərində bazarında yanında yerləşən məhəllədə Nahid Bayramov keçmiş arvadı Gülgəz Əliyeva ilə mübahisə edib. Bu zaman o cibindən bıçaq çıxararaq qadının boğazından zərbə vuraraq kəsib. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib və orada qanaxmadan dünyasını dəyişib. Qeyd edək ki, G.Əliyeva bir neçə ay bundan öncə ərindən boşanıb. Rubrika.Az Geri qayıt |