Əsas Səhifə > İdman > "Fənərbağça"da koronavirusa 2-ci yoluxma halı aşkarlandı

"Fənərbağça"da koronavirusa 2-ci yoluxma halı aşkarlandı


12-05-2020, 19:35
"Fənərbağça"da koronavirusa 2-ci yoluxma halı aşkarlandı


Türkiyənin "Fənərbağça" klubunun daha bir əməkdaşı koronavirusa yoluxub.

Rubrika.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 11-də komanda üzvlərindən və işçilərdən götürülən analizlər nəticəsində təlim-məşq bazasında çalışanlardan birində virusun simptomları aşkarlanıb.

Adı açıqlanmayan klub əməkdaşı öz evində karantinə alınıb və dərhal müalicəsinə başlanılıb.

Qeyd edək ki, bu, "Fənərbağça"da koronavirusa 2-ci yoluxma faktıdır. Daha əvəl klubun bazasında işləyən başqa bir əməkdaşın testinin nəicəsi müsbət çıxmışdı.


Rubrika.Az
Geri qayıt