Əsas Səhifə > Din > Bu gecə ilk Qədr gecəsidir
Bu gecə ilk Qədr gecəsidir12-05-2020, 21:38 |
|
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi mayın 14-də, üçüncüsü mayın 16-da və sonuncusu mayın 20-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Qeyd edək ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib. Rubrika.Az Geri qayıt |