Əsas Səhifə > Siyasət > Hikmət Hacıyev: “18-31 may tarixlərində xaricdəki azərbaycanlılar xüsusi çarter reysi ilə ölkəyə gətiriləcək”

Hikmət Hacıyev: “18-31 may tarixlərində xaricdəki azərbaycanlılar xüsusi çarter reysi ilə ölkəyə gətiriləcək”


13-05-2020, 17:15
Hikmət Hacıyev: “18-31 may tarixlərində xaricdəki azərbaycanlılar xüsusi çarter reysi ilə ölkəyə gətiriləcək”


“Ölkədəki vətəndaşların və xaricdən gətirilən azərbaycanlıların sağlamlıqları təmin etmək üçün xaricdən gətirilənlər 4-5 ulduzlu otellərdə karantinə yerləşdirilir”.

Rubrika.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, məqsəd koronavirusla bağlı yeni ocaqların qarşısının alınmasıdır: “18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək. MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək”.


Rubrika.Az
Geri qayıt