Əsas Səhifə > Hadisə > Zaqatalada daş istehsalı sexində yanğın olub - FOTO
Zaqatalada daş istehsalı sexində yanğın olub - FOTO13-05-2020, 18:20 |
|
Zaqatalada daş istehsalı sexində yanğın olub. Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. Rayon sakini Sərxan Orucovun icarəyə götürdüyü, ümumi sahəsi 300 kv/m olan daş istehsalı sexində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində sexin çardaq hissəsinin 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanaraq yarasız hala düşüb. Yanğın zamanı sexdə işləyən fəhlələrdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |