Əsas Səhifə > Hadisə > Qarabağda ölən erməni əsgərə görə iki hərbçi həbs edildi

Qarabağda ölən erməni əsgərə görə iki hərbçi həbs edildi


13-05-2020, 19:50
Qarabağda ölən erməni əsgərə görə iki hərbçi həbs edildi



Azərbaycanın işğal altındakı ərazilərində iki erməni hərbçi həbs edilib.

Rubrika.Az-ın musavat.com-a istinadən xəbərinə görə, hərbçilər əsgər Suren Markaryanı güc tətbiq edərək ölüm həddinə çatdırmaqda ittiham olunur. Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, insident 10 may, saat 18:25-də baş verib. İşğalçı ordunun Qarabağdakı mövqelərində 2001-ci il təvəllüdlü S.Markaryanın meyiti aşkarlanıb.

Faktla əlaqədar cinayət işi qaldırılıb, əsgər və kiçik çavuş saxlanılıb.

Qeyd edək ki, cari ildə işğalçı ordunun Qarabağda 20-dək hərbi qulluqçusu qeyri-döyüş şəraitində ölüb.


Rubrika.Az
Geri qayıt