Əsas Səhifə > İdman > İtaliya A Seriyasının bərpa tarixi açıqlandı

İtaliya A Seriyasının bərpa tarixi açıqlandı


13-05-2020, 19:58
İtaliya A Seriyasının bərpa tarixi açıqlandı


İtaliya A Seriyasının bərpa tarixi məlum olub.

Rubrika.Az-ın məlumatına görə, bu barədə "Football Italia" nəşri xəbər yayıb.

Bildirilib ki, liqa iyunun 13-də qaldığı yerdən davam edəcək.

Mayın 18-dən klubların kollektiv şəkildə məşqlərə başlamasına icazə verilib.

Ölkə kubokunun isə avqustun 2-dək başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.


Rubrika.Az
Geri qayıt