Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusdan sağalanların sayı 100 mini ötdü - STATİSTİKA
Türkiyədə koronavirusdan sağalanların sayı 100 mini ötdü - STATİSTİKA13-05-2020, 21:18 |
|
Türkiyədə ötən sutka koronavirusdan daha 58 nəfər ölüb. Rubrika.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 3 952 nəfərə çatıb. Bundan başqa, son 24 saatda ölkədə 1 639 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 143 114 nəfərə çatıb. Habelə bir gündə koronavirusa yoluxmuş 2 826 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 101 715 nəfərə çatıb. Rubrika.Az Geri qayıt |