Əsas Səhifə > Dünya > İtaliyada pandemiya qurbanlarının sayı 31 mini ötdü
İtaliyada pandemiya qurbanlarının sayı 31 mini ötdü13-05-2020, 21:23 |
|
İtaliyada son bir gün ərzində daha 195 nəfər koronavirusdan ölüb. Rubrika.Az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 31 106-ya çatıb. Məlumata görə, İtaliyada daha 888 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 222 104-ə yüksəlib. Bundan başqa, ölkədə indiyədək 112 541 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. Rubrika.Az Geri qayıt |