Əsas Səhifə > Hadisə > Bakıda sürücüyə dəmir parçası ilə hücum edən şəxs həbs edildi - FOTO
Bakıda sürücüyə dəmir parçası ilə hücum edən şəxs həbs edildi - FOTO13-05-2020, 21:53 |
|
Bakıda sürücülər arasında insidentə səbəb olan sürücü saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Rubrika.Az verilən məlumata görə, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Changan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. K.Nəcəfov barəsində barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib. Rubrika.Az Geri qayıt |