Əsas Səhifə > Dünya > Rusiyada son 12 gündə ilk dəfə sutka ərzində yoluxanların sayı 10 mindən az oldu
Rusiyada son 12 gündə ilk dəfə sutka ərzində yoluxanların sayı 10 mindən az oldu14-05-2020, 18:19 |
|
Rusiyada yeni növ koronavirus epidemiyasında 12 gün sonra bir ilk yaşanıb. Rubrika.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ölkədə son 24 saatda koronavirusa yoluxanların sayı ilk dəfə 10 mindən az olub. Belə ki, son bir gündə ölkədə 9 min 974 nəfərdə yeni növ koronavirus təsbit edilib. Mayın 2-dən bu yana bu ilk belə azalma olub. Ümumilikdə ölkədə virusa yoluxanların sayı 252 mini keçib. Ölənlər isə 2 min 305-dir. Rubrika.Az Geri qayıt |